featured-image-56181

“Neftçi” bu mövsüm Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb.

Msport.az xəbər verir ki,”ağ-qaralar” yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında çıxdığı ilk matçdan 3 xalla ayrılıb.

“Ağ-qaralar” X turda “Neftçi Arena”da “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.

“Neftçi”dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. “Səbail”in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.

Qeyd edək ki, X turda bu gün baş tutan “Şamaxı” – “Araz Naxçıvan” görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən “Kəpəz” – “Qarabağ” matçından isə Ağdam təmsilçisi böyük hesablı üstünlüklə ayrılıb – 5:0. X turun digər görüşləri sabah oynanılacaq.

Bənzər xəbərlər