Premyer Liqa: “Neftçi” səfərdə, “Qarabağ” evdə
Azərbaycan Premyer Liqasında bu gün IX tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, turun son oyun günündə 2 görüş baş tutacaq.
“Qəbələ” evdə “Neftçi” ilə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda, saat 16:00-da start götürəcək. “Qəbələ” hazırda 5 xalla 10-cu pillədə qərarlaşıb. 9 xala malik “Neftçi” isə 9-cu yerdədir.
Turun son matçında “Qarabağ” evdə “Şamaxı”nı qəbul edəcək. Görüş “Azərsun Arena”da saat 18:30-da başlayacaq. “Qarabağ” hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. 8-ci yerdə qərarlaşan “Şamaxı”nın isə 9 xalı var.
Premyer Liqa
IX tur
26 oktyabr
16:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Qəbələ şəhər stadionu
18:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azərsun Arena”
Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” “Kəpəz”i (3:0), “Zirə” isə “Sumqayıt”ı (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Sabah” matçı heç-heçə bitib – 2:2.







