featured-image-46217

Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu bu gün baş tutacaq.

Msport.az xəbər verir ki, ilk olaraq “Turan Tovuz” evdə “Sabah”la üz-üzə gələcək. Meydan sahibləri 36 xalla yeddinci, qonaqlar 40 xalla beşinci sıradadır.

İkinci görüşdə çempionluğunu təmin edən “Qarabağ” “Səbail”i qəbul edəcək. “Köhlən atlar”ın 69 xalı var. “Dənizçilər” 36 xalla 6-cı pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XXIX tur

6 aprel (şənbə)

16:00. “Turan Tovuz” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu

Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev

Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, ötən gün “Kəpəz” “Araz-Naxçıvan”a qalib gəlib – 2:1. Tura aprelin 7-də yekun vurulacaq.

Bənzər xəbərlər