featured-image-54640

Bu gün Azərbaycan Premyer Liqasının VII tura start veriləcək.

Msport.az-ın məlumatına görə, günün ilk matçında “Kəpəz” “Şamaxı” ilə üz-üzə gələcək.

Tovuz şəhər stadionundakı matç saat 17:00-da başlayacaq. Bu görüşün baş hakimi Cavid Cəlilov olacaq. Əvvəlki altı oyunun hamısında məğlub olan “Sarı-göylər” sonuncu – 10-cu sıradadır. Qonaqlar isə 8 xalla altıncıdır.

Ardınca “Qarabağ” “Neftçi”ni qəbul edəcək. “Azersun Arena”dakı qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Azərbaycan derbisini FIFA referisi Əliyar Ağayev idarə edəcək. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Azərbaycan Premyer Liqası, VII tur

17:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Azersun Arena”

Qeyd edək ki, VII turun digər matçları 21-22 sentyabrda olacaq.

Bənzər xəbərlər