Premyer Liqa: "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.
“Report”un məlumatına görə, günün yeganə matçında “Qarabağ” “Kəpəz”lə üz-üzə gələcək.
Tovuz şəhər stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək. Ağdam təmsilçisi 21 xalla liderdir. Gəncə klubu isə 3 xalla sonuncu-10-cu sıradadır.
18:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun digər matçları 19-20 oktyabrda gerçəkləşəcək.