featured-image-46554

Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu bu gün baş tutacaq.

Msport.az xəbər verir ki, matçlardan biri Qəbələdə, digəri Bakıda keçiriləcək.

İlk olaraq “Qəbələ” “Turan Tovuz”la üz-üzə gələcək. Meydan sahibləri 16 xalla sonuncu – 10-cu, qonaqlar 39 xalla 6-cı yerdədir.

Günün digər görüşündə “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar” 44 xalla 3-4-cü yerləri bölüşdürürsə, Naxçıvan klubu 32 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası, XXX tur

13 aprel (şənbə)

16:30. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elman Musayev
“Neftçi Arena”

Qeyd edək ki, ötən gün “Sumqayıt” – “Zirə” qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.

Bənzər xəbərlər