featured-image-53660

“Sabah” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Msport.az xəbər verir ki, Bakı təmsilçisi bunu V turda “Kəpəz”ə qarşı oyunda gerçəkləşdirib.

Tovuz şəhər stadionunda keçirilən matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Xaliq Mərdanovun müvəqqəti rəhbərlik etdiyi komandadan qolları Viktor Braqa (10) və Lassana Ndiaye (18) vurub. “Sabah” komandasından isə Coy Lens Mikels (53-p. 85) və Cesse Sekidika (70) fərqlənib.

Qeyd edək ki, V tura sabah Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.

Bənzər xəbərlər