featured-image-55173

Azərbaycan Premyer Liqasının VIII turunda “Şamaxı” “Turan Tovuz”la heç-heçə edib.

Msport.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Tovuz təmsilçisinin heyətində Sadiq Şəfiyev beşinci dəqiqədə hesabı açıb. Meydan sahiblərindən Belaydi Pusi 48-ci dəqiqədə tarazlığı bərpa edib. 89-cu dəqiqədə Arsen Ağcabəyov Şamaxı klubunun ikinci qoluna imza atıb. 90+8-ci dəqiqədə Kristian da Silva penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran qonaqlar 4-cü pillədə qərarlaşıb. “Şamaxı” 12 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün digər görüşündə son çempion “Qarabağ” “Sabah”la üz-üzə gələcək. Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”i 3:2, “Zirə” “Kəpəz”i 3:0 hesabı ilə üstələyib. “Neftçi” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib – 1:1.

Bənzər xəbərlər