featured-image-44728

Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Msport.az xəbər verir ki, günün yeganə oyunu Bakıda keçirilib.

“Səbail” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 10-cu dəqiqədə Kazimir Ninqa vurub.

Bu qələbədən sonra xallarını 39-a çatdıran “Sumqayıt” 2-ci pilləyə yüksəlib. 37 xalı olan “Səbail” isə 3-cü sırada qalıb.

Qeyd edək ki, turun digər oyunları martın 9-10-da keçiriləcək.

Bənzər xəbərlər