featured-image-58704

Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” “Kəpəz” üzərində qələbə qazanıb.

Msport.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin heyətində Yeqor Boqomolski (4) və Filip Ozobiç (22) fərqlənib. Gəncə təmsilçisinin qolunu isə 77-ci dəqiqədə Orxan Əliyev rəqib qapısından keçirib.

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” – “Səbail”, “Zirə” – “Turan Tovuz” görüşləri isə qolsuz bitib. XVII tura sabah Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq “Qarabağ” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Bənzər xəbərlər