featured-image-71231

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda X turda “İmişli” ilə üz-üzə gələcək.

Qarşılaşma “Azərsun Arena”da, saat 17:00-da start götürəcək. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla ikinci pillədə qərarlaşıb. “İmişli” 12 xalla yeddincidir.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.

Bənzər xəbərlər