featured-image-46506

Azərbaycan Premyer Liqasında XXX tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Açılış matçında “Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib.

Bu nəticədən sonra xallarını 46-ya çatdıran paytaxt klubu 2-ci pillədəki mövqeyini qoruyub. “Gənclik şəhəri” təmsilçisi isə 44 xalla 3-cü sıraya yüksəlib.

Qeyd edək ki, turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.

Azərbaycan Premyer Liqası

19:00. “Sumqayıt” – “Zirə” – 0:0

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov

“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim

Baş məşqçi: Rəşad Sadıqov

Bənzər xəbərlər