featured-image-47823

Azərbaycan Premyer Liqasında XXXIV tura tart verilib.

Msport.az xəbər verir ki, turun ilk oyun günündə tarixi derbi baş tutub.

“Neftçi” “Kəpəz”i qəbul edib.”Neftçi” Arena”da keçirilən qarşılşama “ağ-qaralar”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Neftçi” 53 xalla turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. “Kəpəz” isə 35 xalla 8-ci yerdədir.

Qeyd edək ki, turun digər oyunları mayın 11 və 12-də baş tutacaq.

Premyer Liqa

XXXIV tur

10 may

19:00. “Neftçi” – “Kəpəz” – 5:1

Qollar: Andre Şinyaşiki, 44; 47; 76. Brayan Moreno, 45+2; Ağadadaş Salyanski, 86 – Latir Fal, 36

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Rezuan Mirzov, 6. Dieqo Valdes, 23. Ataa Caber, 77. Yeqor Boqomolski

Məşqçi: Saşa Petroviç

“Kəpəz”: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 33. Camal Cəfərov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal, 78. Yeqor Xvalko (k)

Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev

Baş məşqçi: Adil Şükürov

Bənzər xəbərlər