featured-image-44907

Azərbaycan Premyer Liqasının XXVI turunda 5 futbolçu cəzalı duruma düşüb.

Msport.az xəbər verir ki, onlardan dördü sarı, biri qırmızı vərəqə üzündən növbəti matçı buraxacaq.

III dövrəni bitirən oyunçular Elçin Əlicanov (“Kəpəz”), Con İrasabal (“Sabah”), İsa Suliman (“Sumqayıt”), Bruno Qonçalves (“Turan Tovuz”) və Vüsal Şabanovdur (“Araz-Naxçıvan”). Sonuncu “Zirə” ilə görüşdə qırmızı vərəqə aldığı üçün “Qəbələ” ilə görüşü buraxacaq.

Bruno “Qarabağ”a, Elçin “Zirə”yə qarşı forma geyinməyəcək. Conla İsanın komandaları isə bir-biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, III dövrənin sonuncu turu martın 15-17-də keçiriləcək.

Bənzər xəbərlər