featured-image-83363

“Transfermarkt” portalı 2026/2027 mövsümü üçün İngiltərə Premyer Liqasındakı futbolçuların bazar dəyərini yeniləyib.

Msport.az xəbər verir ki, siyahının ilk 10 pilləsində “Mançester Siti”nin dörd oyunçusu qərarlaşıb.

“Şəhərlilər”in hücumçusu Erlinq Holann 220 milyon avro dəyərlə siyahıya başçılıq edir.

Onun komanda yoldaşları Entso Fernandes və Elliot Anderson, “Çelsi”dən Morqan Rocers, “Arsenal”dan Deklan Rays və “Mançester Siti”dən Rayan Şerkiyə 120 milyon avro qiymət verilib.

“Çelsi”dən Koul Palmer, “Arsenal”dan Bukayo Saka (hər ikisi 110 milyon avro), “Çelsi”dən Joao Pedro, “Liverpul”dan Bredli Barkola, “Arsenal”dan Uilyam Saliba, “Liverpul”dan Dominik Soboslai və “Çelsi”dən Moyzes Kaysedo (hamısı 100 milyon avro) da siyahının yuxarı hissəsində yer alılblar.

Bənzər xəbərlər