featured-image-30330

“Səbail” Azərbaycan Premyer Liqasının 35-ci turunda səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

– Yaxşı və bolqollu oyun oldu. Standart vəziyyətləri çıxmaq şərtilə komandam dominant futbol nümayiş etdirdi. Bu gün hücumçusuz oynayırdıq. İstədik ki, oyunu arxadan quraq. Komanda xarakter göstərdi. 0:2-dən sonra geridönüş etmək çətindir. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdən qol buraxdıq. Hər iki hissənin əvvəli bizim üçün çətin idi. Hesab oyuna görə oldu. İki komanda da qalib gələ bilərdi.

– Hücumçusuz oynamağın səbəbi nə idi?

– Rəqibin mərkəz müdafiəçiləri birəbir mübarizələrdə çox güclüdür. Ona görə də istədik ki, oyunu mərkəzdə aparaq və həmin müdafiəçilər işsiz qalsınlar.

– Sizin gəlişinizdən sonra Ədilxan Qarəhmədovun oynamamasının səbəbi nədir?

– Tək Ədilxan deyil, Nihad da var. Təzyiq altında oynayırıq. Olduğumuz yer rotasiya etməyə imkan vermir. Buna görə də təcrübəli futbolçulara şans veririk. Ədilxan yaxşı oyunçudur. Vəziyyətimiz fərqli olsaydı, şans verərdim.

– “Səbail” I Diviziona düşsə, komadada qalacaqsız?

– Heç vaxt heç vaxt demək olmaz. Dediyin sözün arxasında durmalısan. Bilmirəm sabah nə olacaq. Gələcəkdən çox şey asılıdır. Hələ cavab verə bilmirəm. İlk seçimim komandada qalmaq olacaq. Amma Premyer Liqada qalmaq şansımızın daha çox olduğunu düşünürəm.

– Bərabərlik qolu zamanı VAR müdaxilə edərkən hansı hisslər keçirdiniz?

– Bizim oyunlarda heç vaxt VAR-dan müsbət qərar gəlməyib. Sakitləşdim. Özümü hər qərara hazırlayırdım.

– “Şamaxı” ilə matçda ustalıq, yoxsa istək əsas amil olacaq?

– İstək. Bu oyun lotoreya kimi bir şeydir. Həmin matçda daha təcrübəli hakimlər olmalıdır. Orada tək bir komandanın yox, böyük bir ailənin taliye həll olunacaq. Əsas da psixoloji oyun olacaq. Hər səhv nəticəyə təsir edə bilər.

– “Səbail”, yoxsa “Şamaxı” Premyer Liqada qalmağa layiqdir?

– Hər ikisi. (sportal)

Bənzər xəbərlər