featured-image-48537

AFFA İntizam Komitəsi “Kəpəz”, “Qarabağ” və “Araz-Naxçıvan”ı cərimələyib.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisi XXXV turda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyunda azarkeşlərin hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 1000 manat ziyana düşüb.

“Qarabağ” – “Turan Tovuz” matçından (4:3) sonra  akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubu 500 manat ödəyəcək.

“Araz-Naxçıvan” isə “Qəbələ”yə uduzduğu (0:2) qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

Bənzər xəbərlər