featured-image-45304

Azərbaycan Premyer Liqasında XXVII turda 5 futbolçu cəzalı duruma düşüb.

Msport.az xəbər verir ki, bu oyunçulardan biri qırmızı, dördü sarı vərəqələr üzündən qarşıdakı turu buraxacaq.

“Araz-Naxçıvan”ın legioneri Numan Kurdiç “Qəbələ” ilə görüşdə qırmızı vərəqə ilə cəzalandığı üçün XXVIII turda “istirahət edəcək”. Həmin görüşdə alınan “sarı”lar rəqib komandanın üzvləri Bilel Auaşeriya və İlkin Qırtımovu da cəzalı duruma salıb.

“Neftçi” və “Qarabağ” da IV dövrəyə tiki ilə başlayacaq. Eddi İsrafilov Bakı klubuna, Patrik Andrade bölgə təmsilçisinə kömək edə bilməyəcək. Onlar müvafiq olaraq “Səbail” və “Turan Tovuz”la qarşılaşmada növbəti dəfə xəbərdarlıq alıblar.

Qeyd edək ki, XXVIII turun görüşləri martın 29-31-də keçiriləcək.

Bənzər xəbərlər