featured-image-45136

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha iki oyunu keçiriləcək.

Msport.az-ın məlumatına görə, günün hər iki qarşılaşması Bakıda gerçəkləşəcək.

İlk olaraq “Zirə” “Kəpəz”i sınağa çəkəcək. “Qartallar” 36 xalla 6-cı, Gəncə təmsilçisi 27 xalla 9-cu pillədə qərarlaşıb.

İkinci matçda “Araz-Naxçıvan” və “Qəbələ” münasibətlərə aydınlıq gətirəcək. Naxçıvan klubu 31 xalla 8-ci, “Qəbələ” 15 xalla sonuncu-10-cu sıradadır.

Azərbaycan Premyer Liqası, XXVII tur

16:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu

18:30. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Liv Bona Dea Arena”

Qeyd edək ki, ötən gün “Neftçi” “Səbail”i üç cavabsız qolla üstələyib. XXVII tura martın 17-də yekun vurulacaq.

Bənzər xəbərlər