featured-image-47599

Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki matçı bu gün baş tutacaq.

Msport.az-ın məlumatına görə, günün birinci oyununda “Zirə” səfərdə “Turan Tovuz”la üz-üzə gələcək.

Matç saat 16:30-da başlayacaq. Tovuz klubu 42 xalla 7-ci, “qartallar” 49 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Araz-Naxçıvan”la “Sabah” komandaları üz-üzə gələcəklər. Naxçıvan təmsilçisi 35 xalla 9-cu, qonaqlar 49 xalla 5-ci sıradadır.

Azərbaycan Premyer Liqası

XXXIII tur

16:30. Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan” –“ Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Liv Bona Dea Arena”

Qeyd edək ki, ötən gün “Sumqayıt” “Kəpəz”lə heç-heçə edib – 1:0. “Qarabağ” isə “Neftçi”ni beş cavabsız qolla üstələyib. Tura mayın 6-da “Səbail” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Bənzər xəbərlər