featured-image-46016

Azərbaycan Premyer Liqasında komanda sayı artırıla bilər.

Msport.az xəbər verir ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bu gün keçirilən mətbuat konfransında çempionatın formatı və turnirdəki klub sayını müzakirə edəcəklərini söyləyib.

O, hazırda bu yöndə hər hansı qərarın olmadığını diqqətə çatdırıb: “Çünki buna zaman olmayıb. Bu, müəyyən təhlil tələb edir. Hər hansı qərarı verərkən, Azərbaycanda və başqa ölkələrdə olan təcrübəni nəzərə alacağıq. Çempionatın formatı müzakirə ediləcək mövzulardan biri olacaq”.

Bənzər xəbərlər