Premyer Liqamızda məhsuldarlıq rekordu
Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu qeydə alınıb.
Msport.az xəbər verir ki, VII turun oyunlarında qapılara 17 qol vurulub. Orta məhsuldarlıq 3,40-a bərabər olub.
“Səbail” – “Sabah” qarşılaşmasında (2:4) daha çox – 6 top vurulub. “Qarabağ” – “Neftçi” oyununda (4:0) dörd, “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşündə (1:2) üç qol qeydə alınıb. “Kəpəz” – “Şamaxı” matçında (0:2) və “Sumqayıt” – “Zirə” oyununda (0:2) iki top vurulub.
Tur ərzindəki məhsuldarlıqda mövsümün yeni rekordu qeydə alınıb. Bunadək ən çox top çempionatın I turuna təsadüf edib. Startda 5 görüşdə 16 qol vurulub.