Premyer Liqamızda tur başa çatır
Azərbaycan Premyer Liqasında XXVIII tur bu gün başa çatacaq.
Msport.az xəbər verir ki, sonuncu matçda “Sumqayıt” evdə “Araz-Naxçıvan”la üz-üzə gələcək.
“Gənclik şəhəri” təmsilçisi 39 xalla beşinci, qonaqlar 32 xalla səkkizinci pillədə qərarlaşıblar.
18:0. Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abasov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, bu turda “Neftçi” “Qəbələ”i, (1:0), “Qarabağ” “Kəpəz”i (6:1), “Zirə” “Sabah”ı (1:0) məğlub edib. “Səbail” – “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib – 1:1.