featured-image-46162

Azərbaycan Premyer Liqasında XXIX tur bu gün başlayır.

Msport.az xəbər verir ki, günün yeganə matçında “Araz-Naxçıvan” və “Kəpəz” komandaları qarşılaşacaqlar.

Mərdəkandakı “Liv Bona Dea Arena”dakı matç saat 20:00-da start götürəcək. Naxçıvan klubu 32 xalla 8-ci, Gəncə təmsilçisi 27 xalla 9-cu sıradadır.

Qeyd edək ki, XXIX turun “Turan Tovuz” – “Sabah”, “Qarabağ” – “Səbail” oyunları aprelin 6-da, “Zirə” – “Qəbələ”, “Neftçi” – “Sumqayıt” matçı aprelin 7-də gerçəkləşəcək.

Bənzər xəbərlər