featured-image-45189

Azərbaycan Premyer Liqasımda XXVII tur iki oyunla başa çatacaq.

Msport.az xəbər verir ki, ilk matç Tovuzda keçiriləcək.

Şəhərin eyniadlı komandası “Qarabağ”la üz-üzə gələcək. Meydan sahibləri 35 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu 63 xalla liderdir.

Tura “Sumqayıt” – “Sabah” qarşılaşması ilə yekun vurulacaq. “Gənclik şəhəri” təmsilçisi 39 xalla 4-cü, qonaqlar 37 xalla 5-ci yerdədir.

Azərbaycan Premyer Liqası, XXVII tur

16:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt”– “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (3:0), “Zirə” “Kəpəz”i (2:1) məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 1:1.

Bənzər xəbərlər