"Qol yağışı"ndan "Qarabağ" "quru" çıxdı - YENİLƏNDİ
Azərbaycan Premyer Liqasında XXXV tur başlayıb.
Msport.az-ın məlumatına görə, ilk oyun günündə bir matç gerçəkləşib.
“Turan Tovuz” çempion “Qarabağ”la üz-üzə gəlib. 7 qolun vurulduğu matçda Ağdam klubu qələbə qazanıb.
Bu nəticədən sonra “köhlən atlar” xallarını 82-yə çatdırıb. Tovuz klubu isə 45 xalla turnir cədvəlinin 6-cı pilləsində qalıb.
Qeyd edək ki, XXXV turun digər görüşləri mayın 18 və 19-da keçiriləcək.