Premyer Liqamızın təqvimində dəyişiklik
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün təqvimində dəyişiklik olub.
Msport.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
I turun “Şamaxı” – “Sabah” oyunu ilə XVIII turun “Sabah” – “Şamaxı” matçının yeri dəyişdirilib.
Paytaxt təmsilçisi bununla bağlı PFL-ə rəsmi müraciət ünvanlayıb, bölgə klubu isə buna razılıq verib.
Bu, Bakı klubunun UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması məqsədi ilə edilib. “Bayquşlar” bu raundda “Sent-Patriks Atletik” (İrlandiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, avqustun 4-də keçiriləcək I turun “Sabah” – “Şamaxı” görüşü saat 17:30-da başlayacaq.