"Psixoloji çuxura düşməkdən çox qorxuram" - Almaniya millisinin üzvü
Almaniya millisinin üzvü Yozua Kimmix DÇ-2022-dən kənarda qalmağı həyatının ən pis günü kimi dəyərləndirib.
Msport.az Sport1″ə istinadən xəbər verir ki, Almaniya Kosta-Rika üzərində qələbəyə (4:2) baxmayaraq qrupda qalıb:
“Bu gün karyeramda ən pis gündür. Geriyə baxsaq, 2018-də də yıxıldıq, son Avropa çempionatında da elə. Mən 2016-cı ildə millinin bir hissəsi oldum. Buna qədər Almaniya həmişə yarımfinala kimi gəlib çıxırdı. Sonra yığmaya mən gəldim və biz iki dəfə qrupdan çıxmadıq.
Bunun öhdəsindən gəlmək mənim üçün asan deyil. Mən psixoloji çuxura düşməkdən çox qorxuram”.