PSJ və “Atletiko” 2 cavabsız qolla qalib gəldi
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutub.
Msport.az xəbər verir ki, Parisdə yerli PSJ “Liverpul”u 2 cavabsız qolla üstələyib.
Digər matçda isə İspaniya təmsilçiləri “Barselona” və “Atletiko” üz-üzə gəlib. Bu matçda isə qonaqlar eyni hesabla qalib gəlib.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
PSJ (Fransa) – “Liverpul” (İngiltərə) 2:0
“Barselona” (İspaniya) – “Atletiko” (İspaniya) 0:2
Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl “Bavariya” (Almaniya) Madriddə “Real”a 2:1, “Arsenal” (İngiltərə) isə Lissabonda “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib.







