featured-image-58259

“Qalatasaray” klubu Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunu istefaya çağırıb.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi “X” hesabında paylaşım edib.

Superliqanın son turunda komandanın doğma meydanda “Eyüpspor”la qarşılaşmada (2:2) xal itirməsi “sarı-qırmızılı”lar tərəfindən həmin matçdakı hakim səhvləri ilə əlaqələndirilib.

Matçdan sonra bu barədə açıqlamalar verən baş məşqçi Okan Buruk və klub prezidenti Dursun Özbek gözlənilməz reaksiya ilə qarşılaşıblar.

Belə ki, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu “Qalatasaray” əleyhinə çox sərt və qəribə açıqlamalar verib. Hacıosmamoğlu bu söz-söhbətlərin mənasız olduğunu dilə gətirərək bundan sonrakı ittihamlarda əvvəlki TFF prezidentləri kimi səssiz qalmayacağını, cavabı prezident kimi yox, şəxsən verəcəyini bildirib. “Qalatasaray”ın ədalətsizliyə qarşı çıxmasını absurd hesab edən prezident geridə qalan turlarda uğurlu nəticələrin necə əldə olunduğunu sorğulayıb. Bu isə “Qalatasaray”ın səbrini daşıran son damla olub.

Davamında klubdan bu məsələ ilə bağlı açıqlamalar verilib. Açıqlamada TFF prezidentini tərəfkeşliklə günahlandıran “cimbom” onu dərhal istefaya dəvət edib.

Bənzər xəbərlər