featured-image-48617

Türkiyə Superliqasının qalibi bu gün bəlli olacaq.

Msport.az xəbər verir ki, sonuncu turdan sonra titula sahib çıxan komandanın adına aydınlıq gələcək.

Həlledici görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Qalatasaray” “Konyaspor”un qonağı olacaq. “Sarı-qırmızılar” 99 xalla liderdir. Okan Burukun baş məşqçisi olduğu kollektivə titula sahib çıxmaq üçün heç-heçə də kifayət edəcək.

“Fənərbağça” isə İstanbulsporu qəbul edəcək. Meydan sahibləri qələbə qazanmalı və əsas rəqibinin Konyada məğlub olmasını gözləməlidir.

Bənzər xəbərlər