featured-image-46369

Klubların dünya reytinqi açıqlanıb.

Msport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) siyahısında dünyanın ən yaxşı 506 klubu yer alıb.

Buraya üç təmsilçimiz düşə bilib. “Qarabağ” 176,75 xalla dünyanın 48-ci komandasıdır. Ağdam klubu ötən ayla müqayisədə 13 pillə irəliləyib.

“Neftçi” 62 xalla 377-cidir. Bakılılar bir addım yüksəlib. 58,75 xala malik “Sabah” 413-cü yerdədir. Paytaxt təmsilçisi 4 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ “Mançester Siti” başçılıq edir – 401 xal.

Bənzər xəbərlər