featured-image-47124

“Neftçi” Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”a 1:4 hesabı ilə məğlub oldu. Msport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra görüşü dəyərləndirib:

“İlk oyunda böyük hesabla uduzmuşduq. Bu dəfə bir az fərqli yanaşdıq və ilk görüşdə oynamaq şansı olmayan, eləcə də zədədən yeni qayıdanlara şans verdik. Hesab fərqi bir az böyük oldu. Amma deyə bilərəm ki, Ağadadaş Salyanski çox xoşuma gəldi. Hesab edirəm ki, onun yaxşı gələcəyi var. Heyətə gəlincə, zədəli futbolçular özlərini bərpa etmişdilər və onlara ciddi bir rəqibə qarşı oyunda şans verməyi düşünürdük. Bundan başqa, bizi qarşıda çempionatda 5 oyun gözləyir. Bazar günü “Turan Tovuz”a qarşı çox önəmli görüşümüz var”.

Bojoviç müdafiə xətində yaranan problemləri və çox qol buraxmalarını belə izah edib: “Çempionatda o qədər çox top buraxmırıq. Düzdür, “Zirə” ilə son matçda qapımızda 3 qol görük. Lakin “Qarabağ”la oynamaq çox çətindir. Belə bir səviyyədə komandaya hələ cavab verə bilmirik”.

 

 

Bənzər xəbərlər