featured-image-44513

“Braqa”nın futbolçusu Alvaro Calo karyerasını İspaniyada davam etdirəcək.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi “Atletik” komandasına keçir.

Bilbao təmsilçisi bu transfer üçün braqalılara 20,5 milyon avro ödəyəcək. Məbləğin 15 milyon avrosu yaxın müddətdə, qalan hissəsi isə bonuslar şəklində Portuqaliya klubunun hesabına köçürüləcək.

İspaniyalı vinger yeni komandasına cari mövsümün sonunda qoşulacaq.

Qeyd edək ki, Alvaro Calo Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirilmiş oyunda (3:2) komandasının 2-ci qoluna imza atmışdı.

Bənzər xəbərlər