"Qarabağ"a şad xəbər - Yankoviç məşqlərə başladı
“Qarabağ”ın yarımüdafiəçisi Marko Yankoviç məşqlərə başlayıb. Msport.az xəbər verir ki, monteneqrolu futbolçu Çempionlar Liqasının I turunda “Benfika” ilə səfər matçında (3:2) zədələnmişdi.
30 yaşlı oyunçu artıq komanda ilə birgə məşqlərə qatılır. Bir müddət fərdi şəkildə hazırlıq keçən Yankoviç dünəndən komanda ilə məşq edir.
Yarımmüdafiəçinin oktyabrın 22-də səərdə keçiriləcək “Atletik Bilbao” ilə matça hazır olacağı gözlənilir.