featured-image-48879
Serbiyanın “Partizan” klubunun qapıçısı Aleksandr Yovanoviç “Qarabağ”ın maraq dairəsindədir.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Ağdam klubu 31 yaşlı qapıçını heyətinə qatmaq istəyir.
“Köhlən atlar” Serbiya millisinin qapıçısını hələ ötən yay – “Apollon”da (Limassol) çıxış etdiyi vaxt almaq istəyib. Lakin oyunçu bu keçidə müsbət yanaşmayıb.
İndi isə “Qarabağ” onun üçün yenidən hərəkət edib. Qolkiperə görə Fransa Liqa 1 klublarından da təkliflər var.
Qeyd edək ki, Aleksandr Yovanoviç Serbiya millisinin Avropa çempionatı üçün açıqlanan heyətində də yer alıb. Onun “Partizan”la 2026-cı ilə müqaviləsi var.

Bənzər xəbərlər