“Qarabağ” Avstriya klubu ilə qarşılaşır
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol”la üz-üzə gələcək.
“In Gernot Langes” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” Bakıdakı yoxlama matçında “Zirə”ni məğlub edib – 4:3.







