featured-image-46199

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş “Neftçi” – “Qarabağ” oyununda yaşananlara hüquqi qiymət verib.

Msport.az xəbər verir ki, qurum Ağdam klubunu 1000 manat məbləğində cərimələyib.

Buna Ağdam təmsilçisinin azarkeşlərinin rəqib futbolçuları təhqir etməsi səbəb olub.

Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün paytaxt klubu 800 manat ödəyəcək. Bundan əlavə, “ağ-qaralar” 4 oyunçunun sarı vərəqə almasına görə 700 manat ödəyəcək.

Qeyd edək ki, matç “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə bitib.

Bənzər xəbərlər