“Qarabağ” Bilbao səfərində
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində üçüncü oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda İspaniyanın “Atletik” kollektivinin qonağı olacaq.
Bilbaodakı “San Mames” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. Xorvatiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
Çempionlar Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr
20:45. “Atletik” (İspaniya) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: İqor Payaç, Boyan Zobeniça, İvan Mixali, Zdenko Lovriç (hamısı Xorvatiya)
VAR hakimləri: İvan Bebek (Xorvatiya), Fedayi San (İsveçrə)
Bilbao, “San Mames” stadionu