"Qarabağ" bu gün "Bayer 04"lə üz-üzə gələcək
“Qarabağ” bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın “Bayer 04” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlanacaq. Görüşün baş hakimi fransalı Benua Bastyen olacaq.
UEFA Avropa Liqası
21:45. “Qarabağ” – “Bayer 04” (Almaniya)
Baş hakim: Benua Bastyen (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə gerçəkləşəcək.