"Qarabağ" bu gün "Tottenhem"in qonağı olacaq
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsində mübarizəyə start verəcək.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə “Tottenhem”in qonağı olacaq.
Liqa mərhələsinin I tur matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin “Malmö” kollektivini qəbul edəcək. “Tottenhem” isə Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq.