“Qarabağ” “Çelsi” ilə heç-heçə etdi
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” Liqa mərhələsində dördüncü oyununa çıxıb.
Msport.az xəbər verir ki, komanda İngiltərənin “Çelsi” kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə təmsilçimiz güclü rəqibi ilə 2:2 hesablı heç-heçə edib. Ağdam klubunun heyətində qolları 29-cu dəqiqədə Leandro Andrade və 39-cu dəqiqədə Marko Yankoviç (penaltidən) vurublar.
Bu nəticədən sonra “Qarabağ” xallarının sayını 7-yə çatdırıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də İtaliyada “Napoli”yə qarşı keçirəcək.







