featured-image-71351

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Çelsi”yə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Msport.az xəbər verir ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə Avstriyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Sebastian Gişamer idarə edəcək. Roland Riedel və Santino Şreiner baş hakiminin köməkçiləri olacaqlar. Uolter Altmann dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Manuel Şuettenqruber və Jozef Sparni olacaqlar.

Bənzər xəbərlər