"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşıb.
Msport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.
Qeyd edək ki, ilk oyunda rəqibinə 3 cavabsız qolla uduzan “Qarabağ” iki görüşün nəticəsinə əsasən Çempionlar Liqasında mübarizəni dayandırıb. “Köhlən atlar” yoluna Avropa Liqasının əsas mərhələsində davam edəcək.