featured-image-67574

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, komanda İrlandiyanın “Şelburn” kollektivinin qonağı olacaq.

Dublində yerləşən “Tolka Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Xorvatiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

 

22:45. “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq

VAR hakimləri: Mario Zebec, Tixomir Pejin (hamısı Xorvatiya)

Dublin, “Tolka Arena”

Bənzər xəbərlər