featured-image-79893

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın “Zalaeqerseq” klubundan transfer olunan müdafiəçi Bense Varkonyini rəsmən təqdim edib.

24 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalandığı bildirilib.

MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.

Macarıstan mətbuatının xəbərinə görə, Varkonyinin transferi üçün “Qarabağ”ın “Zalaeqerseq”ə 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, “Qarabağ” bu yay Zakaria Savo (son klubu – “Aris” Kipr), Jali Muaddib (“Omoniya” Aradippou Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya) da heyətinə qatıb.

Bənzər xəbərlər