featured-image-79402

Ötən gün “Qarabağ”dan ayrılan qapıçı Fabian Buntiçin dərhal özünə yeni komanda tapıb.

Msport.az xəbər verir ki, xorvatiyalı qolkiper yenidən karyerasını Portuqaliyada davam etdirəcək.

İki il əvvəl “Qarabağ”a “Vizela”dan keçən Buntiç bu dəfə “Farense” ilə müqavilə imzalayıb. 29 yaşlı oyunçu Portuqaliyanın II Liqa komandası ilə bir illik sözləşmə bağlayıb. Müqavilədə onu daha bir il uzatmaq bəndi var.

Qeyd edək ki, Fabian Buntiç ötən mövsüm “Qarabağ”ın heyətində ümumilikdə 7 oyun keçirib.

Bənzər xəbərlər