featured-image-67419

“Qarabağ” daha bir transferini açıqlayıb. Msport.az xəbər verir ki, Ağdam klubu belçikalı müdafiəçi Sami Mmae ilə anlaşıb.

28 yaşlı futbolçu son olaraq Zaqreb “Dinamo”sunda çıxış edib. O, buna qədər “Ferentsvaroş”, “Sent-Trüden”, “Maastrixt”, “Standart” klublarının formasını geyinib.

Sami Mərakeş millisində 10 oyun keçirib. Onun Xorvatiya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər idi. “Transfermarkt” müdafiəçini 400 min avro dəyərləndirir.

 

 

 

Bənzər xəbərlər