"Qarabağ"dan daha bir transfer - RƏSMİ
“Qarabağ” bu yay ikinci transferini reallaşdırıb.
Msport.az xəbər Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Forvard son olaraq icarə əsasında “AEL Limasol” klubunda çıxış edib. Onun transfer hüquqları İsveçin “Yurgorden” klubunda idi. “Qarabağ” Savon üçün “Yorgorden”ə təzminat ödəyib.
Xatırladaq ki, bundan öncə “Qarabağ” mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.







