“Qarabağ” “Dinamo”nu keçə biləcək?
Bu UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.
Msport.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
Ağdam klubu səfərdə keçirilən ilk görüşdə 0:1 hesabı ilə uduzub.
Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə “Tvente” rəqibini darmadağın edib – 6:0.
13 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
20:00.”Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)
Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)
İlk oyun – 0:1
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu







